Description
Metbex canagi 80-90 sm / Metbex moykasi / Кухонная мойка
NİYƏ PASLANMAYAN POLAD MATERİALI SEÇMƏLİYİK?
Paslanmayan polad mətbəx çanaqları üçün material cəhətdən yaxşı seçim olduğuna görə ən yüksək sıralamaya sahibdir.
Belə ki, paslanmayan polad çini və çuqundan daha çox davamlıdır. Beləliklə, sürtülməz, çatlamaz, cızılmağa qarşı uzun müddət dayanar. Evdə istifadə olunan təmizləyici və ya yumşaq bir dəsmalla silindikdə öz parlaqlığını uzun müddət qoruyar.
Paslanmayan polad nikel və xromla zəngindir. Xrom çanağın sərtliyini, nikel isə çöküntülərə qarşı möhkəmliyi və davamlılığı artırır.
Stəkan və qabların qırılmasının qarşısını almaq üçün paslanmayan polad möhkəmliyə və elastikliyə sahibdir.
Paslanmayan polad çanaqlar səs izolyasiya örtüyü ilə əhatə olunmuşdur.
Düzgün və yaxşı döşənmiş astar səsin azalmasına kömək edir, suyun dərəcəsi
yüksəldikcə buxarlanmanın qarşısını alır.
PASLANMAYAN POLAD ÇANAĞI NECƏ TƏMİZLƏMƏK OLAR?
Paslanmayan poladın təmizlənməsi olduqca asanddır. Paslanmaz səthi təmiz, nəmli bir dəsmalla ovalayıb, silib qurulayaraq, barmaq izlərini, tozu və digər ləkələri tez bir şəkildə təmizləyə bilərsiniz. Aşağıdaki təkliflərə əməl etsəniz, yanmış yağ, qurudulmuş qida parçacıqları və qəhvə ləkələri kimi inadkar və ya yapışqan materialları təmizləmək heç bir problem olmayacaq.
ÇANAĞI NECƏ DÜZGÜN QULLUQ ETMƏK OLAR ?
Hər gün yumşaq bir sabun və təmiz su ilə yaxalayıb, qurulayın.
Əlavə təmizlik üçün yumşaq parça ilə dairəvi şəkildə təmizləyin.
Çanaqda qalan suyu təmizləyin. Çünki su mineral çöküntülərin yaranmasına səbəb olur.
Kimyəvi maddə tərkibli təmizləyici vasitələrdən istifadə etdikdən sonra çanağı yuyun və qurudun.
Zamanla yığılan mineral çöküntüləri (ərplər) sirkə və ya yumşaq məhlulla təmizləyin ardından su ilə hər tərəfli yuyun.
Çanaqda pas və ya kif görünərsə, diş pastasını pas və kif görünən yerə yayın daha sonra dəsmal istifadə edərək təmizləyin.
Yemək, içki qalıqlarının və metal konservləşdirilmiş məhsulların çanağın səthində qalmağına icazə verməyin.
Çanağın səthini zədələdiyi və rəng dəyişikliyinə səbəb olduğu üçün polad qab süngərindən istifadə etmək olmaz.
İsti tavaları və diğər mətbəx əşyalarını çanaqa birbaşa qoymayın.
Tərkibində kükürd və xlorid turşusu olan məhlullardan istifadə etməyin. Çünki gümüş təmizləyicilər çanağın səthinə zərər verəcək turşuları da ehtiva edir.
Metbex canagi 80-90 sm / Metbex moykasi / Кухонная мойка
Reviews
There are no reviews yet.