Məhsullar

Home Məhsullar Markalar Bompani Soyuducular Bompani Mini Soyuducular BOMPANI Mini soyuducu BR-64 SLVR

BOMPANI
Mini soyuducu BR-64 SLVR

595

MƏHSUL MƏLUMATI

Tək qapılı mini soyuducu
Rəng: boz
Ümumi həcm: 46 lt
Defrost sistem
Enerji səmərəliliyi sinfi: A+
Termoelektrik texnologiya
İllik enerji istehlakı: 70 kWh
Qapı kilidi mövcuddur
İstiqaməti dəyişdirilə bilən qapılar
İstilik nəzarəti üçün tənzimlənən termostat
Ofis, kiçik mətbəx və otel otaqları üçün uyğundur
Daxildə mini dondurucu bölməsi mövcuddur
En: 44 sm
Hündürlük: 52 sm
Dərinlik: 48 sm

Paylaş

Description

Mini soyuducu / Мини xолодильник

SOYUDUCULARIN DÜZGÜN QURAŞDIRILMASI VƏ İSTİFADƏ QAYDASI

Elektrik Qoşulması

Soyuducular birbaşa elektrik yuvasına qoşulmalıdır. Uzatma kabelləri yalnız az enerji sərf edən cihazlar üçün nəzərdə tutulub. Əksər məişət uzatma kabelləri soyuducu kimi iri cihazların gücünü daşıya bilmir. Bu isə kabelin qızmasına və ya əriməsinə səbəb ola bilər.

Yerləşdirmə Qaydaları

Soyuducu birbaşa günəş şüası düşən yerlərdə yerləşdirilməməlidir. Qaz plitəsi, soba və digər istilik mənbələrindən ən azı 60 sm məsafə saxlanmalıdır.

Zəmin və Hava Axını

İri həcmli soyuducular yalnız bərk səthlərdə (beton və ya metlax) quraşdırılmalıdır. Soyuducunun altında xalça, kilim və ya hava axınını məhdudlaşdıran digər materiallar olmamalıdır.

Səslər və Normal İş Prosesi

Bütün soyuducular müəyyən səslər çıxarır. Elektron ərimə zamanı buzun sınma səsi uğultu, cızıltı və ya çatlama kimi eşidilə bilər. Bu, normal haldır. Kompressor temperaturu sabit saxlamaq üçün vaxtaşırı işə düşür və lazımi sərinlik əldə edildikdə səs azalır.

No-Frost Soyuducular

No-Frost soyuducularda hava axını dəlikləri ərzaqla bağlanmamalıdır. Əks halda temperatur balansı pozula bilər. Belə vəziyyətdə soyuducu 24 saat söndürülməli və mexaniki üsulla təmizlənməlidir.

Mebel Daxili Soyuducular

Mebelə quraşdırılan soyuducular üçün alt hissədə 15×15 sm ölçüdə havalandırma dəliyi açılmalıdır. Əks halda kompressor həddindən artıq qızaraq motorun dayanmasına səbəb ola bilər.

Defrost Soyuducular

Defrost sistemli soyuducularda arxa divarda yuxarıdan aşağıya qədər təxminən 30 sm buz qatının yaranması normal hesab olunur.

Zəmanət Şərtləri

Təlimatlara uyğun olmayan quraşdırma və ya elektrik tənzimləyici cihazın quraşdırılmaması nəticəsində yaranan nasazlıqlara görə istehsalçı məsuliyyət daşımır.


Установка и эксплуатация холодильников (RU)

Подключение к электросети

Холодильники должны подключаться напрямую к электрической розетке. Удлинители предназначены только для устройств с низким энергопотреблением. Большинство бытовых удлинителей не выдерживают нагрузку от холодильников и могут перегреваться или плавиться.

Правильное размещение

Холодильник не следует устанавливать под прямыми солнечными лучами. Расстояние до источников тепла, таких как газовые плиты и духовки, должно составлять не менее 60 см.

Поверхность и вентиляция

Крупные холодильники необходимо устанавливать на твердых поверхностях — бетон или плитку. Под холодильником не должно быть ковров или других предметов, препятствующих циркуляции воздуха.

Рабочие шумы

Все холодильники издают определённые звуки. Во время электронного размораживания могут быть слышны треск, шум или скрежет льда. Это нормально. Компрессор периодически включается для поддержания нужной температуры и отключается после её достижения.

Холодильники No-Frost

В холодильниках No-Frost нельзя закрывать вентиляционные каналы продуктами. Это может привести к нарушению температурного режима. В таком случае холодильник следует выключить на 24 часа и очистить механическим способом.

Встраиваемые модели

Для встраиваемых холодильников необходимо предусмотреть вентиляционное отверстие размером 15×15 см в нижней части. Отсутствие вентиляции может привести к перегреву компрессора и остановке мотора.

Система Defrost

В холодильниках с системой Defrost образование слоя льда толщиной до 30 см на задней стенке является нормальным явлением.

Ответственность производителя

Производитель не несет ответственности за неисправности, возникшие из-за неправильной установки или отсутствия необходимого электрического регулирующего устройства.

Mini soyuducu / Мини xолодильник

Ekobom Group

ekobom