Description
Soyuducu 60-70 sm / Solo soyuducu / Xaladelnik / Холодильники
SOYUDUCULARIN DÜZGÜN QURAŞDIRILMASI VƏ İSTİFADƏ QAYDASI
1. Soyuducular birbaşa elektrik yuvasına qoşulmalıdır. Uzatma kabelləri qoşulduqları cihazlara yalnız az miqdarda enerji vermək üçün uyğundur. Bu səbəbdən, əksər məişət uzatma kabelləri soyuducu və onun kimi böyük cihazların istehlak etdiyi enerjini idarə edə bilməz və həddindən artıq qızar və ya əriyə bilər.
2. Soyuducular günəş şüası təsir edəcək yerlərdən kənarda yerləşdirilməli və qaz plitəsi, soba kimi istilik verən cihazlardan ən az 60 sm aralıda quraşdırılmalıdır.
3. İri həcmli soyuducular bərk səthlərdə, yəni beton və metlax olan sahələrdə quraşdırılmalıdır. Soyuducunun altında hava axının qarşısını alacaq xalça, kilim və s. olmamalıdır.
4. Bütün soyuducular bir növ səs yaradır. Soyuducularda elektron ərimə prosesi zamanı buz parçasının sınma səsi uğultulu, cızıltılı, çatlama kimi eşidilə bilər. Bu tam normal haldır. Müəyyən edilmiş sərinlik səviyyəsini sabit saxlamaq üçün kompressor vaxtaşırı işə
salınacaq. Lazımi sərinlik səviyyəsinə çatdıqda səslər avtomatik olaraq azalacaq.
5. No-frost soyuducularda hava axını xəttlərinin qarşısını ərzaqla bağlamaq olmaz. Əks halda soyuducu kamerada temperatur dəyişəcək. Bu halda soyuducunu 24 saatlıq söndürüb, mexaniki ərimə üsulu ilə təmizləməlisiniz.
6. Mebel daxili quraşdırılan soyuducular, quraşdırma zamanı soyuducunun alt hissəsində 15×15 ölçüdə hava axınını tənzimləmək üçün dəlik qoyulmalıdır. Əks halda tutulma baş verə bilər və kompressorun normal temperaturunun artması ilə motor fəaliyyətini dayandıra bilər.
7. Defrost soyuducularda, soyuducu kameranın arxa divarında yuxarıdan aşağıya kimi 30 sm-lik ölçüdə buz qatının yaranması normal haldır.
8. Göstərilən təlimatlara uyğun olmayan quraşdırma zamanı, həmçinin qeyd olunduğu üzərə elektrik məhsullarında quraşdırılması vacib olan elektrik tənzimləyici cihaz quraşdırılmadıqda, istehsalçı məhsulda yaranmış problemə görə cavabdehlik daşımır.
Təlimat kitabçası
Soyuducu 60-70 sm / Solo soyuducu / Xaladelnik / Холодильники