Məhsullar

BOMPANİ
Quraşdırılan qabyuyan BO5170

1,905

MƏHSUL MƏLUMATI

60 sm-lik quraşdırılan qabyuyan
Enerji səmərəliliyi sinfi: A +++
Tutum: 12 nəfərlik
Yuma proqramlarının sayı: 8
Fəvvarələrin sayı: 2
Elektron idarəetmə paneli
Gecikdirməli yuma: 1-24 saat
Max səs səviyyəsi: 49 db
Hündürlük: 820 mm
En: 595 mm
Dərinlik: 555 mm
Az su istehlakı: standart dövrədə 9 litr

Paylaş

Description

Qurasdirilan qabyuyan / Встраиваемая посудомоечная машина

QABYUYANLARIN DÜZGÜN QURAŞDIRILMASI VƏ İSTİFADƏ QAYDASI

  1. Qabyuyan maşını quraşdırmazdan əvvəl elektrik şəbəkəsi yoxlanılmalıdır. Şəbəkədə gərginlik 220–240 V, tezlik isə 50 Hz olmalıdır. Əgər bu göstəricilər normadan aşağı və ya yuxarıdırsa, elektrik tənzimləyicisi quraşdırılmalıdır.

  2. Su təzyiqi 0.04 MPa ilə 1 MPa arasında olmalıdır. Təzyiq bu hədlərdən aşağı və ya yuxarı olduqda su tənzimləyicisindən istifadə edilməlidir.

  3. Qabyuyanın su giriş və ya çıxış xətlərində istehsalçı tərəfindən nəzərdə tutulmayan dəyişikliklər edildikdə, yaranan problemlərə (su sızması, şlanqın çatlaması və s.) görə məsuliyyət müştəriyə aiddir.

  4. Qabyuyan maşından istifadə edilərkən xüsusi duz, parıldadıcı vasitə və ya 3-ü 1-də tabletlərdən istifadə olunmalıdır. Parıldadıcı vasitənin miqdarı az olduqda və ya onun əvəzinə digər vasitələrdən istifadə edildikdə qablar tam qurumaya və üzərlərində su ləkələri qala bilər. Yalnız qabyuyan maşınlar üçün istehsal edilmiş duzlardan istifadə olunmalıdır. Digər duzların istifadəsi zəmanətin ləğvinə səbəb ola bilər.

  5. Qabyuyan maşının normadan artıq yüklənməsi rəf daşıyıcı roliklərin zədələnməsinə səbəb ola bilər. Qablar rəflərə düzgün yerləşdirilməli və uyğun yuma proqramı seçilməlidir. Kristal stəkanlar və bakallar qazanlar üçün nəzərdə tutulmuş proqramda yuyulduqda zədələnə və sına bilər.

  6. Taxta, teflon, seramik, çuqun, plastik və mis mətbəx əşyaları qabyuyan maşında yuyulmamalıdır.

  7. Qablar qabyuyana yerləşdirilməzdən əvvəl üzərlərində qida qalıntılarının olmadığından əmin olunmalıdır. Qida qalıntıları və sərt cisimlər su giriş və çıxış xətlərinin tıxanmasına səbəb ola bilər. Filtrlər və püskürtmə hissələri ən azı həftədə bir dəfə təmizlənməlidir.

  8. Yuma proqramı bitdikdən sonra qabyuyanın qapısı 10–20 dəqiqə ərzində açılmalıdır. Əks halda daxildə kondensasiya yaranacaq və qabların üzərində su damcıları qalacaq.

  9. Qabyuyanın üzərinə əlavə yük və digər cihazlar qoyulmamalıdır. Qaz plitəsi, soba və digər istilik mənbələrinə yaxın quraşdırılması tövsiyə edilmir.

Qurasdirilan qabyuyan / Встраиваемая посудомоечная машина

Ekobom Group

Additional information

Qabyuyan

12

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

ekobom