Məhsullar

Qabyuyan
BO5021SS2

2,095

MƏHSUL MƏLUMATI
60 sm-lik fərdi dayanan qabyuyan
Rəng: inoks
Enerji səmərəliliyi sinfi: A +++
Tutum: 14 nəfərlik
Yuma proqramlarının sayı: 8
Elektron idarəetmə paneli
Fəvvarələrin sayı: 3
Çeşidli şəkil və ölçülərdə çəngəl-qaşıq səbəti
Gecikdirməli yuma: 24 saata qədər
Üst səbətdə tənzimlənən hündürlük
Max səs səviyyəsi: 44 db
Az su istehlakı: standart dövrədə 11 litr
Paylaş

Description

Qabyuyan masin / Посудомоечная машина

QABYUYANLARIN DÜZGÜN QURAŞDIRILMASI VƏ İSTİFADƏ QAYDASI

1. Qabyuyan maşını quraşdıran zaman şəbəkədə elektrik cərəyanı ölçülməlidir. Şəbəkədə elektrik cərəyanı 220-240 V gərginlik və 50 Hz tezlikdən çox və ya az olduqda elektrik tənzimləyici quraşdırılmalıdır.
2. Su təzyiqi 0.04 MPa ilə 1 MPa arasında olmalıdır.Əgər suyun təzyiqi qeyd edilmiş həddən daha aşağı və ya daha yuxarıdırsa, su tənzimləyici quraşdırılmalıdır.
3. Qabyuyanın su giriş və ya çıxış xəttlərində istehsal təyinatından əlavə artırılmalar olduqda həmin hissədə yaranan problemlərə görə (su buraxma,şlanq çatlaması) müştəri məsuliyyət daşıyır.
4. Qabyuyanı istifadə edən zaman duz və parıldadıcı vasitələrdən və ya 3-ü birində tabletlərdən istifadə olunmalıdır. Parıldadıcı vasitənin miqdarı az olduqda və ya parıldadıcı vasitə əvəzinə digər vasitələrdən istifadə edildikdə qab-qacaqlar tam qurumaya və qabların üzərində su ləkələrinin yaranmasına səbəb ola bilər.Yalnız qabyuyan maşınlar üçün istehsal edilmiş duzlardan istifadə edilməlidir. Digər duzlar istifadə edildikdə istehsalçı məhsula zəmanət təmin etməyəcəkdir.
5. Qabyuyanın yuya biləcəyi maksimum qab-qacaq sayından artıq yüklənməsi rəf daşıyıcı roliklərin zədələnməsinə səbəb ola bilər. Qabqacaqlar rəflərdə təyinatı üzrə yerləşdirilməli və uyğun yuma proqramında yuyulmalıdır. Kristal stəkanlar və bakallar qazanlar üçün nəzərdə tutulmuş yuma proqramında yuyulduqda zədələnə və sına bilər.
6. Taxta mətbəx əşyaları, teflon mətbəx əşyaları, seramik qablar, çuqun qablar, plastik və mis qablar qabyuyanda yuyulmamalıdır.
7. Qabları qabyuyana yerləşdirərkən qabların üzərində qida qalıntılarının olmadığından əmin olun. Qida qalıntıları və sərt cisimlər qabyuyanın su giriş və çıxış xəttlərinin tıxanmasına səbəb ola bilər. Filtrlər və püskürtmə fəvvarələri ən azı həftədə bir dəfə təmizlənməlidir.
8. Yuma proqramlarında təyin edilmiş vaxt başa çatdıqdan 10-20 dəqiqə sonra qabyuyanın qapısı açılmalıdır.Əks halda qabyuyanın daxilində kondensasiya gedərək qabların üzərində su damcıları qalacaq.
9. Qabyuyan üzərinə əlavə yük və digər cihazlar qoyulmamalıdır. Qaz plitəsi,soba və s. kimi avadanlıqlara yaxın quraşdırılmamalıdır.

Qabyuyan masin / Посудомоечная машина

Ekobom Group

Additional information

Qabyuyan

14

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.