Məhsullar

Home Məhsullar Paltaryuyanlar Paltaryuyan Paltaryuyan BO1285S/E

Paltaryuyan
BO1285S/E

2,348

MƏHSUL MƏLUMATI

60 sm-lik fərdi dayanan paltaryuyan
Rəng: boz
Elektron idarəetmə paneli
Yuma proqramlarının sayı: 19
Maksimum yükləmə həcmi: 8.5 kg
Sıxma surəti: 1200 dövriyyə
Enerji sərfiyyatı: A+++
Avtomatik yük kontrolu
Gecikdirməli yuma: 3-24 saat
Anti-daşma və anti-köpük sistemi, özünü təmizləmə pompası
Təhlükəsizlik kilidi

Paylaş

Description

Paltaryuyan masin 8.5 kq / Стиральные машины 8.5 kg

PALTARYUYAN VƏ PALTARQURUDAN MAŞINLARIN DÜZGÜN QURAŞDIRILMASI VƏ İSTİFADƏ QAYDASI

1. Paltaryuyan və paltarqurudan maşın sərt və düz zəmində yerləşdirilməlidir. Əks halda, maşın silkələnə bilər.
Paltaryuyan və paltarqurudan maşınların istismarının uzunmüddətli olmağı üçün rütubətli yerlərdə (hamam və sanitar qovşaq və s.) quraşdırılmamalıdır.
2. Paltaryuyan və paltarqurudan maşını quraşdıran zaman şəbəkədə elektrik cərəyanı ölçülməlidir. Şəbəkədə elektrik cərəyanı 220-240 V gərginlik və 50 Hz tezlikdən çox və ya az olduqda elektrik tənzimləyici quraşdırılmalıdır.
Paltaryuyanlar və paltarqurudanlar birbaşa elektrik yuvasına qoşulmalıdır. Uzatma kabelləri qoşulduqları cihazlara yalnız az miqdarda enerji vermək üçün uyğundur. Bu səbəbdən, maşın uzatma kabelinə qoşularsa, uzatma kabeli istehlak etdiyi enerjini idarə edə bilməz və həddindən artıq qızar və ya əriyə bilər.
3. Su təzyiqi 0.05 MPa ilə 1 MPa arasında olmalıdır. Əgər suyun təzyiqi qeyd edilmiş həddən daha aşağı və ya daha yuxarıdırsa su tənzimləyici quraşdırılmalıdır.
4. Paltaryuyanın su giriş və ya çıxış xəttlərində istehsal təyinatından əlavə artırılmalar olmamalıdır. Əks halda, həmin hissədə yaranan problemlərə görə (su buraxma,şlanq çatlaması) müştəri məsuliyyət daşıyır.
5. Paltarlar yuyulmadan öncə rənglərinə və materiallarına görə ayrılmalıdır. Açıq rəngli paltarlar ilə tünd rəngli paltarları birlikdə yumaq paltarların rənginin dəyişməsinə səbəb olacaq. Paltarlar təyinatı üzrə yuma proqramında yuyulmalıdır.
6. Paltaryuyan maşın istifadə edərkən paltarları yoxlamaq və ciblərində hər hansı bir əşya olmadığından əmin olmaq lazımdır. Cibdə qalan kağız və ya salfet yuma zamanı parçalanıb hər yerə dağıla və paltaryuyanın filtrlərində tıxanmaya səbəb ola bilər.
7. Paltaryuyan istifadə edərkən paltarların çəkisinə önəm verməlisiniz. Paltaryuyanın maksimum yuma qabiliyyətindən yuxarı çəkidə paltar yerləşdirmək maşının xəta verməsinə və işə düşməməsinə gətirib çıxaracaq. Yuma qabiliyyətindən çox aşağı çəkidə paltar yerləşdirilən zaman isə paltaryuyanda ancaq yuma prosesi gedəcək. Sıxma və qurutma prosesi getməyəcəkdir.
8. Paltaryuyan istifadə edərkən paltarların miqdarından və kirlilik dərəcəsindən asılı olaraq yuyucu vasitələrin və yumuşaldıcının miqdarını tənzimləmək lazımdır. Az yerləşdirilmiş paltarlar üçün çox yuyucu vasitə əlavə etmək paltarların yaxşı qurumamasına,çox yerləşdirilmiş paltarlar üçün az miqdarda yuyucu vasitə əlavə etmək isə paltarların yaxşı yuyulmamasına gətirib çıxarır.
9. Yuma proqramı bitdikdən sonra paltaryuyanın qapağı 30-40 dəqiqə açıq qalmalıdır.
10. Yuma proqramı bitdikdən sonra növbəti dəfə paltarların təmiz yuyulması üçün paltaryuyanın barabanı, yuyucu vasitələrin yerləşdirildiyi qab təmizlənməlidir. Mütamadi olaraq, 3-6 aydan bir paltaryuyanın filtrləri təmizlənməlidir.
Qeyd: Paltaryuyan yüksək sıxma sürəti ilə işləyərkən mühərrik və baraban arasındakı kəmərin birləşmə səsləri eşidilə bilər.

Paltaryuyan masin 8.5 kq / Стиральные машины 8.5 kg

Ekobom Group

Additional information

Paltaryuyan

8.5 kg