Məhsullar

FRANKE
Mətbəx çanağı 127.0369.314

2,445

MƏHSUL MƏLUMATI

Paslanmayan polad
Səs izolyasiya örtüyü
Rəng: inox
İki eyniölçülü bölmə
Quraşdırma növü: mərməraltı və mərmərüstü
Məhsulun ölçüsü : 770×510 mm

Paylaş

Description

Mətbəx çanağı 77 sm / Metbex moykasi / Кухонная мойка


NİYƏ PASLANMAYAN POLAD MATERİALI SEÇMƏLİYİK?

Paslanmayan poladdan hazırlanmış çanaqlar çuqun və keramika materiallarla müqayisədə daha yüngül, eyni zamanda mexaniki zədələrə qarşı daha dözümlüdür. Bu çanağın səthi sürtülməz, çatlamaz və cızılmaya qarşı uzun müddət dayanıqlıdır. Eyni zamanda gündəlik istifadə zamanı parlaq görünüşünü qoruyur. Sıravi təmizləyici vasitələr və yumşaq dəsmal vasitəsilə təmizlənməsi kifayət edir ki, səthi parlaqlığını itirməsin.

Paslanmayan poladın tərkibindəki xrom elementləri çanağın sərtliyini artırır, nikel isə səthi korroziyadan və mineral çöküntülərdən qoruyur. Bu da uzunmüddətli istismar zamanı məhsulun formasını və funksionallığını qorumasını təmin edir. Bundan əlavə, bu çanaqlar səs izolyasiya təbəqəsi ilə təchiz olunmuşdur. Doğru şəkildə tətbiq edilmiş astar, su axını zamanı yaranan səsləri azaldır və buxarlanmanı minimuma endirir

Mətbəx çanağı axtaranlar üçün ən ideal seçim paslanmayan poladdan hazırlanmış modellərdir. Bu növ çanaqlar davamlılığı, səssizliyi və rahat istifadəsi ilə həm ev, həm də ofis mətbəxləri üçün mükəmməldir.

ÇANAĞA NECƏ DÜZGÜN QULLUQ ETMƏK OLAR ?

Paslanmayan polad mətbəx çanağının təmizlənməsi olduqca asandır. Gündəlik istifadə zamanı sabun və təmiz su ilə yuyulması, daha sonra isə qurudulması kifayətdir. Əlavə təmizlik üçün səthi yumşaq parça ilə dairəvi şəkildə silmək tövsiyə olunur. Su damcılarının və mineral çöküntülərin qarşısını almaq üçün çanaqda suyun uzun müddət qalmasına imkan verməmək lazımdır.

Əgər kimyəvi tərkibli təmizləyicilər istifadə edilərsə, onlardan sonra çanaq mütləq təmiz su ilə yuyulmalı və qurulanmalıdır. Zamanla yığılan ərp və digər mineral çöküntüləri sirkə və ya yumşaq məhlulla təmizlədikdən sonra səth bol su ilə yaxalanmalıdır. Kran dibi və künclərdə pas və ya kif görünərsə, diş pastası həmin hissəyə çəkilməli və daha sonra dəsmalla təmizlənməlidir.

Yemək və içki qalıqlarının, eləcə də metal konservləşdirilmiş məhsulların çanaq səthində uzun müddət qalmasına imkan verilməməlidir. Polad qab süngərləri səthi zədələyə və rəng dəyişikliyinə səbəb ola biləcəyi üçün onlardan istifadə edilməməlidir. İsti tavalar və digər qızmış mətbəx əşyaları birbaşa çanağa qoyulmamalıdır. Bundan əlavə, tərkibində kükürd və xlorid turşusu olan məhlullar çanağın səthinə zərər verə bilər, çünki bu maddələr adətən gümüş təmizləyicilərdə olur.

Mətbəx çanağı 77 sm / Metbex moykasi / Кухонная мойка

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

ekobom