Menu
Menu
© 2023 ekobomgroup.com.Bütün hüquqlar qorunur
Tavanı zəif ocağa qoyub qızdırın.
Lavaşın üzərinə öz suyunda tomat töküb yayın.
Pendir dilimlərini tomatın üzərinə düzün, reyhan yarpaqları səpin, duz, istiot və kəklikotu tökün. Pizzanı ehtiyyatla qızdırılmış tavaya yerləşdirin. Orta ocaqda 10 dəqiqə pendir əriyənədək bişirin.
Ocaqdan götürün və pizzanı boşqaba qoyub süfrəyə verin. Pizza hazırdır.
Soğanları yarım halqa şəklində doğrayın və tavada yüngülcə bişirin. Doğranmış bolqar bibəri əlavə edib bir neçə dəqiqə bişirin. Doğranmış kolbasa da əlavə edib qarışdırın və ocağın altını söndürün.
Kartofu mətbəx kombaynından (və ya rəndənin iri gözündən) keçirin.
Əzilmiş sarımsaq, yumurta, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın.
Tavanı 2 xörək qaşığı bitki yağıyla yağlayın. Kartof qarışığını yağlanmış tavaya yayın, zəif ocaqda təxminən 5 dəqiqə bişirin. Bir qabda xama və xardalı qarışdırın. Pendiri rəndələyin və pomidorları yarı bölün. Tavada bişən kartofu çevirin və 2-3 dəqiqə sonra bişən kartofa xamalı-xardallı sous yaxın.
Bibərli-kolbasalı qarışığı sousun üzərinə yayın.
Yarı bölünmüş pomidorları düzün, rəndələnmiş pendir və doğranmış göy soğan səpin.
Ocağı zəiflədin, tavanın qapağı bağlı pendir əriyənədək bişirin.
Öncə qabaqları halqa formasında doğrayın .Bir qabda yumurtanı çırpın, qabağı çırpılmış yumurtaya batırıb,daha sonra una bulayıb iki tərəfli qızardın.Bişən qabaqları yağını çəkməsi üçün kağız dəsmal üzərinə qoyun.Yerkökünü rəndənin iri gözündə rəndələyin,sarımsaqı xırda doğrayın, pomidorları halqavari ,soğanı da yarım halqa formasında kəsin. Tavanı və ya bişirəcəyiniz sinini yağlayın, 2 qat qabaq dilimlərini düzün.Üzərinə bişmiş və nazik doğranan toyuğun döş ətini düzün. Ətli qatın üzərindən soğan və yerkökü, daha sonra pomidor və sonra sarımsaq qatı ilə tamamlayın. Dietik pizzanın üzərinə pendir səpib südlə birgə çalınmış yumurta əlavə edib, göyərti səpin. Hazırladığınız pizzanı sobaya yerləşdirin və pendir əriyib qızılı rəng alanadək bişirin.
Badımcanı yuyun və kənarlarını kəsin. Qalın dilimlər kəsin və soyuq duzlu suda bir neçə dəqiqəlik saxlayın. Sudan çıxardığınız badımcanları quruması üçün kağız dəsmal üzərinə sərin. Xırdalanmış sarımsaqları zeytun yağında tavada qovurun. Reyhan yarpaqlarını, duz, qabığı soyulmuş və kub şəklində doğranmış pomidorları da tavaya əlavə edin və suyu çəkilənə qədər bişirin. Badımcanları soba sinisinə aralıqlarla düzün. Üzərinə Provans ot qarışığı və zeytun yağı səpilmiş badımcanları öncədən 190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 20 dəqiqə sonra badımcanların üzərinə pomidor sousunu və rəndələnmiş pendir düzün və yenidən 10 dəqiqə bişirin. Çox dadlı dietik badımcan pizzası hazırdır.
1. Göbələkləri təmizləyin və kvadrat formasında doğrayın.
2. Doğranan göbələkləri limonlu suyun içində qaynadın
3. Sup qazanının içində kərəyağını əridin və un əlavə edib qovurun.
4. Unun rəngi biraz dəyişəndə üstünə südü yavaş-yavaş əlavə edin və tez-tez qarışdırın.
5. Göbələyi və suyu əlavə edin.
6. Duz və istiot əlavə edib, bişirməyə davam edin.
7. Qaynamağa başladığında ocağı söndürün, qazanın qapağını örtün, biraz elə qalsın.
8. Süfrəyə təqdim edərkən bir neçə göbələyi xirda doğrayıb, qızardıb supun üzərinə dekor olaraq əlavə edə bilərsiniz.
1. Yağı orta dərəcədə qızdırılmış tava qoyun üzərinə xırda-xırda doğranmış soğanları əlavə edin. Soğanın rəngi biraz dəyişənə qədər qovurun.
2. Daha sonra un əlavə edib zəif temperaturda qovurmağa davam edin.
3. Tomatı əlavə edib qovurmağa davam edin.
4. Xırda-xırda doğranmış yerköküləri və mərciməyi əlavə edin.
5. Üzərinə suyu töküb, qarışdırın. Mərci və yerkökülər yumşalana qədər zəif temperaturda bişirməyə davam edin.
6. Bişdikdən sonra əl blenderindən keçirin.
7. Duz və istiot əlavə edin (istəyə uyğun)
Üstü üçün (bu zəruri deyil və şorbanın süfrəyə verəndə gözəl görünməsi üçün edilir)
Kiçik bir tavaya 2 x. qaşığı kərə yağı və yaxud zeytun yağını töküb qızdırın. Üstünə 1/3 çay qaşığı qırmızı şirin bibər tozunu (paprika) əlavə edib, ocaqdan götürün.
Mərci supunu kasaya tökdükdən sonra üzərinə hazırladığınız qırmızı bibər sousunu əlavə edib, 1 dilim limonla süfrəyə təqdim edə bilərsiniz.