Menu
Menu
© 2023 ekobomgroup.com.Bütün hüquqlar qorunur
1. Yüksək səmərəli soyuducu seçin
2. Yaxşı izolyasiya ilə soyuducu seçin
3. Düzgün xüsusiyyətlərə malik soyuducu seçin
4. Temperaturu düzgün seçin
5. Qapını yalnız zəruri hallarda açın
6. Soyuducuya heç vaxt isti yemək qoymayın
7. Əvvəlcədən porsiyalara ayrılmış yeməkləri soyuducuya yerləşdirin
8. Əgər soyuducunuz no frost deyilsə periodik olaraq buzunu əritməlisiniz
9. Əmin olunki soyuducunuzun qapısı bağlıdır
10. Soyuducunu düzgün yerləşdirin
Sobanın daha asan təmizlənməsi üçün bişirmədən ötrü olan qabın içinə qaynar su, 4 xörək qaşığı limon suyu və ya sirkə ilə sodanın qarışığını tökün.
Təxminən 30 dəqiqə ərzində 1800-də bişirin və buxarın boşluğun içini tutmasına icazə verin.
Soba soyuduqda adi bezlə çirki təmizləyin və təmizliyi tamamlamaq üçün avadanlığınıza təravətli qoxu verəcək limonlu qızdırılmış sudan istifadə edin.
Bu üsul 4-5 dəqiqə davam etməklə mikrodalğalı sobalarda da istifadə oluna bilər.
İtaliyanın “Bake Off” verilişinin ilk epizodu zamanı Rikardo bişirmək üçün olan perqament kağızını yandırdı. Bu necə baş verdi? Hər bir elektrik sobada 2 ədəd rezistor yerləşir, onların hər biri aşağı müqavimətə malikdir və həmişə açıqdır. Bu rezistorlar yüksək temperatura malikdir, onların temperaturu 600/700 dərəcəyə qədər çata bilər. Çox güman ki, Rikardo yeməyi sobadan çıxaran zaman bişirmək üçün olan perqament kağızı ilə hələ də temperaturu artmaqda olan rezistorlardan birinə toxunub. Belə ki, bu əməliyyatda Rikardo çox sürətli yemək bişirdiyi üçün bir neçə səhvə yol verdi. Bişirmək üçün olan perqament kağızı düzgün formada kəsilməmişdi, bu isə onların alovlanmasına səbəb ola bilər. Ümumiyyətlə, sobadan nə isə götürən zaman çox ehtiyatlı olmalısınız. İstilik elementlərinə toxunmamaq üçün, xüsusilə də əgər əlinizdə bişirmək üçün olan perqament kağızı varsa, hələ də işləyən, yaxud yaxın zamanda söndürülən sobanı açan zaman hər şey ehtiyat və diqqətlə edilməlidir. Çünki sobada hələ də isti qalan elementlər ola bilər. Rikardonu yeni təcrübəsi ilə təbrik edirik.
Bompani şirəçəkəni elə bir kiçik cihazdır ki, onun vasitəsilə asağı sürətlə meyvə və tərəvəzlərdən çəkilən şirədə vitamin və mineralların qorunub saxlanması bütövlükdə bütün ailə üzvlərinin sağlamlığı üçün əvəzedilməzdir.
Sizdən kim pizza restoranlarında bişirilən pizzalardan evdə hazırlayaraq eyni zövqü almağa cəhd edib? Pizza asan hazırlanan yemək kimi görünsə də onu evdə pizza ustasının sobasındakı kimi bişirmək çox çətindir.
Əla bir pizza bişirmək üçün lazım olan elementlər bunlardır (bizi izləsəniz sizə öz təcrübəmizi danışacağıq): un, mayanın növü, suyun temperaturu, xəmirin acıması və digər şeylər.
Bişirmə prosesi çox önəmlidir. Soba temperatur baxımından ən yüksək dərəcədə ayarlanmalıdır: bizim sobalarda pizza ən yaxşı 250 dərəcədə bişir. Lakin bütün pizzalar eyni deyil, bütün sobalar da eyni deyil və eyni zamanda bütün zövqlər də eyni deyil: bəzilərinin incə xəmirli, bəzilərinin qalın xəmirli, bəzilərinin çox bişmiş, bəzilərinin isə az bişmiş pizza xoşuna gəlir. Həmçinin pizzanın sousu mühüm rol oynayır. Bunun üçün öz bişirmə şəklinizi bir neçə cəhddən sonra tapmalısınız.
Əsas aspekt isə pizzanın hazırlanması üçün istifadə olunan xəmirin miqdarı və onun qalınlığıdır. Unutmayın ki, rütubət pizzanın sobada qalması ilə tədricən azalır. Bu səbəbdən də sobanızın maksimum temperaturu ilə bişmə və qalınlıqla bağlı öz zövqləriniz arasındakı düzgün balansı tapmaq lazımdır. Əgər bişirdiyiniz pizza doğru bişmə səviyyəsinə çatarkən çox quru olarsa, onu düzgün nəm səviyyəsinə çatmaqdan ötrü soba qabınızdan birinə su tökməklə sobaya qoya bilərsiniz. Bunun üçün də bəzi testlər etmək lazımdır. Biz onu sobanı isitmə mərhələsində sobanın ən üst hissəsinə qoymağı məsləhət görürük.
Tava sobanın ən aşağı səviyyəsinə yerləşdirilməlidir (lakin sobanın oturacağı ilə əlaqədə olmamalıdır). Biz satışda olan dəyirmi, alçaq, aliminium və yanmaya davamlı tavalara üstünlük veririk. Altına bir az un səpin və ya yağlı soba kağızından istifadə edin. Unutmayın ki, sobanın emal olunmuş tavası bişmə zamanı çıxan mayeni toplamaq üçündür və bişirmək üçün ideal vasitə sayılmaz. Bu səbəbdən də biz modellerimizdən bəzilərini aksesuar kimi mövcud olan pirex şüşəli bişirmə qabları ilə təchiz edirik.
Amma biz yenə də pizza mövzuuıza geri dönək. Onu maksimum temperaturda isitdiyiniz sobaya qoyun. Bizim booster ilə təchiz olunan modellərimizin isinməsi 16 dəqiqə içində 250 dərəcə temperatura çatır. Soba lazım olan temperatura çatdıqdan sonra pizzanı sobaya qoymamışdan əvvəl bir neçə dəqiqə gözləyin. Daha yaxşı olardı ki, bu zaman tələsməyəsiniz və sobanın yaxşıca qızmasını gözləyəsiniz.
Pizzanı bişirmək üçün tövsiyə etdiyimiz funksiya aşağıya (plitə adlanan hissə) davamlı olması və ventilyasiyalı sobası olanlar üçün ventilyator çarxının mövcudluğudur. Statik sobası olanlar yüksək davamlılıq olmadan çətin ki, yaxşı bir nəticə alalar. Əslində ventilyator çarxı mozzarellanı yandırmadan pizzanı yuxarı hissədə bişirmək üçün istiliyi paylayır.
Odunla yanan soba barədə düşünün: pizza bir neçə saat əvvəlcədən isidilmiş daş üzərində və sobaya yerləşdirilmiş odunların istiliyi ilə bişir. Əgər hansısa səbəblərə görə pizzanın bişməsi hər tərəfində bərabər şəkildə mükəmməl olmazsa, tavanı fırlatmaqdan çəkinməyin: pizzaçılar da müəyyən vaxtlarda pizzanı kürək ilə çevirir. Amma evdəki sobalar daha kiçikdir və istilik bərabər şəkildə yayıldığından heç də hər zaman buna ehtiyac qalmır.
Siz sobanızın pizzaçıların sobalarına daha çox uyğun olmasını istəyirsiniz? Bundan ötrü çörəkçi daşlarından istifadə edin (“Bompani” bəzi modellərini onunla təchiz edir və yaxud da aksesuar kimi təqdim edir). Növbəti dəfə sizə onu “Bompani” sobası ilə birgə necə istifadə etməli olacağınızı öyrədəcəyik.