Məhsullar

EKOBOM
Şərab soyuducusu EKO80BT

4,410

MƏHSUL MƏLUMATI

Fərdi dayanan şərab soyuducusu
80 butulka tutumlu
Məhsulun rəngi: qara
Ümumi tutum: 210 litr
Yuxarı zona: maksimum 35 butulka
Aşağı zona: maksimum 45 butulka
Soyutma sistemi: daxili ventilyasiyalı kompressor
Yuxarı zona: 5°C – 12°C
Aşağı zona: 12°C – 20°C
Dəqiq temperatur nəzarəti üçün elektron termostat
İqlim sinfi: SN, N, ST, T
Daxili LED işıqlandırma
Səs səviyyəsi:40dB(A)
Üç qatlı qara şüşə qapı
(Low-E) Yüksək istilik izolyasiyası
UV şüalarından qoruma
Fıstıq ağacından hazırlanmış rəflər
Ölçülər: 490 (en) x 575 (hündürlük) x 1285 (dərinlik)
Güc: 100W

Paylaş

Description

Serab soyuducusu / Icki soyuducusu / Винный холодильник

SOYUDUCULARIN DÜZGÜN QURAŞDIRILMASI VƏ İSTİFADƏ QAYDASI

Elektrik şəbəkəsinə qoşulma

Soyuducular birbaşa elektrik yuvasına qoşulmalıdır. Uzatma kabellərindən istifadə tövsiyə edilmir. Çünki əksər məişət uzatma kabelləri böyük həcmli cihazların enerji tələbatını qarşılaya bilmir. Nəticədə kabel qızaraq ərimə və yanğın riski yarada bilər.

Günəş və istilik mənbələrindən məsafə

Soyuducu günəş şüalarının birbaşa düşdüyü yerlərdə yerləşdirilməməlidir. Bundan əlavə, qaz plitəsi və soba kimi istilik verən cihazlardan ən azı 60 sm məsafədə quraşdırılmalıdır. Bu, cihazın normal işləməsi üçün vacibdir.

Quraşdırma səthi

İri həcmli soyuducular bərk və düz səthlərdə quraşdırılmalıdır. Beton və ya metlax döşəmə bu məqsəd üçün daha uyğundur. Bununla yanaşı, soyuducunun altında hava axınına mane olan xalça və ya kilim olmamalıdır.


Soyuducuların istismarı zamanı diqqət ediləcək məqamlar

İş zamanı səslər

Bütün soyuducular müəyyən səslər yarada bilər. Xüsusilə elektron ərimə prosesi zamanı buzun sınma səsləri eşidilə bilər. Bu tam normaldır. Kompressor temperaturu sabit saxlamaq üçün vaxtaşırı işə düşür və lazımi səviyyəyə çatdıqda səslər azalır.

No-Frost soyuducular

No-Frost sistemli soyuducularda hava axın kanalları ərzaqlarla bağlanmamalıdır. Əks halda kamera daxilində temperatur dəyişə bilər. Belə halda soyuducu 24 saat söndürülməli və mexaniki üsulla təmizlənməlidir.

Ankastre (mebel daxili) soyuducular

Mebel daxilinə quraşdırılan soyuducularda havalandırma üçün alt hissədə 15×15 sm ölçüdə deşik açılmalıdır. Əks halda kompressor həddindən artıq qızaraq motorun dayanmasına səbəb ola bilər.

Defrost sistemli soyuducular

Defrost tipli soyuducularda arxa divarda yuxarıdan aşağıya doğru təxminən 30 sm buz qatının yaranması normal hal hesab olunur və nasazlıq sayılmır.


Zəmanət və məsuliyyət

Qeyd olunan quraşdırma və istifadə qaydalarına əməl edilmədikdə, həmçinin elektrik məhsulları üçün nəzərdə tutulan tənzimləyici qurğu quraşdırılmadıqda, istehsalçı yaranan nasazlıqlara görə məsuliyyət daşımır.

Serab soyuducusu / Icki soyuducusu / Винный холодильник

Ekobom Group

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

ekobom