Description
Derin dondurucu 50 sm / Soyuducu / Xaladelnik / Морозильник
SOYUDUCULARIN DÜZGÜN QURAŞDIRILMASI VƏ İSTİFADƏ QAYDASI
Soyuducunun düzgün quraşdırılması və istifadəsi onun uzunömürlü işləməsi, enerji qənaəti və təhlükəsizlik baxımından olduqca vacibdir. Aşağıda soyuducu quraşdırılması qaydaları, istifadə tövsiyələri və texniki məsləhətlər təqdim olunur.
1. Elektrik qoşulması qaydaları
Soyuducular mütləq şəkildə birbaşa elektrik yuvasına qoşulmalıdır.
Uzatma kabelləri yalnız az enerji sərf edən cihazlar üçün nəzərdə tutulur. Soyuducu kimi iri məişət texnikaları yüksək enerji istifadə etdiyinə görə uzatma kabelləri:
- həddindən artıq qızır
- əriyə bilər
- yanğın riski yarada bilər
Bu səbəbdən soyuducu üçün birbaşa elektrik bağlantısı tövsiyə olunur.
2. Düzgün yerləşdirmə və məsafə
Soyuducunun yerləşdirilməsi onun performansına birbaşa təsir edir.
Quraşdırma zamanı:
- Günəş şüası düşən yerlərdən uzaq saxlanılmalıdır
- Qaz plitəsi, soba və digər istilik mənbələrindən minimum 60 sm məsafə olmalıdır
Bu qaydalar soyuducunun daha stabil işləməsini təmin edir və enerji sərfiyyatını azaldır.
3. Quraşdırma səthi və hava dövranı
İri həcmli soyuducular yalnız bərk səth üzərində quraşdırılmalıdır:
- Beton
- Metlax (plitə)
Soyuducunun altında:
- xalça
- kilim
- hava axınına mane olan digər materiallar
olmamalıdır. Bu, ventilyasiyanı qorumaq və motorun qızmasının qarşısını almaq üçün vacibdir.
4. Soyuducudan gələn səslər
Soyuducular işləmə zamanı müxtəlif səslər çıxara bilər. Bu normal haldır.
Mümkün səslər:
- Uğultu
- Cızıltı
- Çatlama səsləri (buzun əriməsi zamanı)
Kompressor vaxtaşırı işə düşür və lazım olan temperatur əldə edildikdə səslər azalır.
5. No-Frost soyuducular üçün vacib qaydalar
No-Frost texnologiyalı soyuducularda hava axını çox önəmlidir.
Diqqət edilməlidir:
- Hava çıxışları ərzaqla bağlanmamalıdır
- Əks halda temperatur balansı pozular
Problem yarandıqda:
- Soyuducu 24 saat söndürülməlidir
- Mexaniki ərimə üsulu ilə təmizlənməlidir
6. Ankastre (mebel daxili) soyuducuların quraşdırılması
Mebel daxili soyuducular üçün ventilyasiya həyati əhəmiyyət daşıyır.
Quraşdırma zamanı:
- Alt hissədə 15×15 sm ölçüdə hava dəliyi qoyulmalıdır
Əks halda:
- Kompressor qızar
- Motor fəaliyyətini dayandıra bilər
7. Defrost soyuducularda buzlanma
Defrost sistemli soyuducularda arxa divarda buz qatının yaranması normal haldır.
- Təxminən 30 sm ölçüdə buz təbəqəsi əmələ gələ bilər
- Bu, cihazın işləmə prinsipinə uyğundur
8. Zəmanət və məsuliyyət şərtləri
Aşağıdakı hallarda istehsalçı məsuliyyət daşımır:
- Düzgün quraşdırma qaydalarına əməl olunmadıqda
- Elektrik tənzimləyici (stabilizator) istifadə edilmədikdə
Bu səbəbdən quraşdırma təlimatlarına tam riayət etmək vacibdir.




Reviews
There are no reviews yet.