Məhsullar

Home Məhsullar Outlet Qaz plitəsi BOF640STX
Sale!

Qaz plitəsi
BOF640STX

Original price was: 1,225₼.Current price is: 750₼.

MƏHSUL MƏLUMATI

60 sm-lik qaz plitəsi
Paslanmayan polad gövdə
Rəng: inoks
4 qaz bişirmə bölməsi
İki alovlu böyük göz
Avtomatik alışma
Avtomatik qaza nəzarət
Fərdi çuqun şəbəkələr
İstiyə davamlı idarəetmə düymələri
Frezlənə bilən quraşdırma
Qaz tipi: Sıxılmış qaz (butan, propan), təbii qaz

Category: Tags: , , ,
Paylaş

Description

Qaz plitesi 60 sm
MƏHSULUN DÜZGÜN QURAŞDIRILMASI

1. Plitənin elektrik şəbəkəsinə qoşulması yalnız qaydalara uyğun olaraq torpaqlama istifadə edilməklə qoşulmalıdır. Məhsulu qoşduğunuz zaman sayğac atırsa, torpaqlama qurğusunu ixtisaslı elektrik ustası tərəfindən yoxlanılmalıdır.
2. Qaz şəbəkəsinə qoşulan məhsullar qoşulmadan öncə şəbəkə çıxışına mütləq qaz tənzimləyici cihaz quraşdırılmalıdır!
3. Temperli şüşə materialdan olan plitələr təlimata uyğun olaraq istehsalçının təmin etdiyi iki tərəfli yapışqan lent bağlantılarla quraşdırılmalıdır.
Şüşə plitələrin quraşdırılması zaman silikon yapışdırıcılardan istifadə etmək qəti qadağandır!
4. İstifadə edəcəyiniz qaz borusu təhlükəsizliyiniz üçün ən azı 40 sm, maksimum 150 sm olmalıdır.
5. Plitəni digər texnikaların yaxınlığında (sobanın, soyuducunun) quraşdırmaq tövsiyə edilmir. Radiasiya istiliyi səbəbindən qeyd edilmişcihazların işinə mənfi təsir göstərəcəkdir.
6. Plitənin elektrik qoşulma kabelini su və ya digər mayelərin ona çata bilməyəcəyi kəskin və isti səthlərdən uzaqlaşdırın.
7. Qaz şlanqı və sobanın elektrik kabeli sobanın arxası kimi isti yerlərdən keçməməlidir. Qaz şlanqı qırılma ehtimalına qarşı geniş bucaqlı dönmələr edilərək birləşdirilməlidir.
Məhsulun istifadə qaydası
1. Məhsulu istifadə edərkən hər gözün ölçüsünə uyğun qazan və tavalardan istifadə edilməlidir. Əks halda qazın düymələri yüksək istilik səbəbilə əriyə, yana və kəskin qıza bilər. Bundan əlavə daha geniş tava aşağı hissədə əmələ gələn istiliyin gec sorulmasına səbəb olur. Bu da şüşənin dayanıqlılıq həddinin keçməsinə şərait yaradır. (şüşə partlamaları və s.)
2. Qaz plitələri su və xörək daşmasından qorunmalıdır. Əks halda plitənin alışqan blokunda və qaz kontrol detalında qüsur yaranacaqdır.
3. Plitənin səthi, idarəetmə düymələri və çuqun şəbəkələr istifadəsi qadağan olunmuş maddələrlə təmizlənməməli, qabyuyan maşında yuyulmamalıdır. Əks halda məhsulda yaranmış qüsura istehsalçı məsuliyyət daşımır.
4. Təmizlik sonrası ocaq və ocaq qapaqlarının düzgün yerləşdirildiyinə və mərkəzləşdiyinə əmin olun. Əks halda növbəti istifadədə avtomatik alışqan yanmayacaqdır.
5. Plitənin daş elektrik gözü istifadə sonrası paslanmamağı üçün mineral yağ vasitə ilə silinməlidir.

Aşağıdakı hallarda baş verən nasazlıqlara zəmanət aid edilmir.

1. İstismar təlimatında göstərilən istifadə, saxlanma, daşınma qaydalarına əməl etmədikdə
2. Fiziki xətər, zədə yetirilməsi nəticəsində məhsulda sınma, çatlama halları baş verdikdə
3. Məhsulun təlimata uyğun quraşdırılmaması zamanı (şüşə plitələrdə silikon yapışqandan istifadə)
4. Məhsuldan sahibkarlıq fəaliyyəti üçün istifadə etdikdə
5. Şüşə plitələrin fiziki görünüşü ilə yaranmış qüsurlar zəmanət çərçivəsinə aid edilmir (şüşənin çatlaması, sınması, partlaması və s.)

Qaz plitesi 60 sm

Ekobom Group

Additional information

Plitələr

60 sm

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

ekobom