Məhsullar

Mətbəx çanağı
122.0021.446

742

MƏHSUL MƏLUMATI

Paslanmayan polad
Səs izolyasiya örtüyü
Rəng: polad
Quraşdırma növü: mərməraltı
Məhsulun ölçüsü: 765×450 mm

Paylaş

Description

Mərməraltı çanaqlar mərmərin altına və ya mərmərlə bir səviyyədə quraşdırılır. Mətbəxdə estetik görünüş, praktik sahə yaratmaqla yanaşı, dəzgahın təmizlənməsini asanlaşdırır, çünki qida qalıqları və digər kirləri birbaşa çanağa silməyə imkan yaradır.

MƏRMƏRALTI ÇANAQ NECƏ QURAŞDIRILIR?

Mərməraltı çanaqlar həm mərmərin altına həm də mərmərlə bir səviyyədə quraşdırıla bilir.
Mərməraltı quraşdırmada isə, çanaq mərmərin altına sabitlənir və su keçirməz hala gətirilir.
Mərmərlə bir quraşdırmada, çanaq üçün boşluq açılqdıqdan sonra çanağın kənarı mərmərlə eyniləşdirilir.
Su kranı, şampunluq və digər aksesuarların dəliyi çanaqda olmadığı üçün rahatlıqla bir çox aksesuarı mərmərə yerləşdirə bilərsiniz.
Mərməraltı çanaqlar adından bilindiyi kimi mərmər, daş və ya möhkəm səthli dəzgahlar üçün nəzərdə tutulmuşdur (Corian, Qranit və s).
Plastik laminat, rezopal, seramik kafel və ya taxta dəzgahlarda quraşdırma uyğun deyildir.

ÇANAĞI NECƏ DÜZGÜN QULLUQ ETMƏK OLAR ?

Hər gün yumşaq bir sabun və təmiz su ilə yaxalayıb, qurulayın.
Əlavə təmizlik üçün yumşaq parça ilə dairəvi şəkildə təmizləyin.
Çanaqda qalan suyu təmizləyin. Çünki su mineral çöküntülərin yaranmasına səbəb olur.
Kimyəvi maddə tərkibli təmizləyici vasitələrdən istifadə etdikdən sonra çanağı yuyun və qurudun.
Zamanla yığılan mineral çöküntüləri (ərplər) sirkə və ya yumşaq məhlulla təmizləyin ardından su ilə hər tərəfli yuyun.
Çanaqda pas və ya kif görünərsə, diş pastasını pas və kif görünən yerə yayın daha sonra dəsmal istifadə edərək təmizləyin.
Yemək, içki qalıqlarının və metal konservləşdirilmiş məhsulların çanağın səthində qalmağına icazə verməyin.
Çanağın səthini zədələdiyi və rəng dəyişikliyinə səbəb olduğu üçün polad qab süngərindən istifadə etmək olmaz.
İsti tavaları və diğər mətbəx əşyalarını çanaqa birbaşa qoymayın.
Tərkibində kükürd və xlorid turşusu olan məhlullardan istifadə etməyin. Çünki gümüş təmizləyicilər çanağın səthinə zərər verəcək turşuları da ehtiva edir.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.