Description
Mətbəx çanağı 86 sm / Metbex moykasi / Кухонная мойка
Qranit Çanaqların Üstünlükləri
Xüsusilə qranit materialdan hazırlanan çanaqlar estetik cəhətdən cəlbedici olmaqla yanaşı, uzunmüddətli dayanıqlılığı ilə də seçilir. Quraşdırılması sadə olan bu modellər, sızmaya qarşı effektiv qorunma sistemi ilə təchiz olunur
Qranit mətbəx çanaqları təbii daş əsaslı olduğu üçün cızılmalara, zərbələrə və yüksək tempratur dəyişikliyinə qarşı yüksək müqavimət göstərir. Bu çanaqlar ləkə və su izlərinə qarşı da davamlıdır. Səthinin antibakterial və səsi udan strukturu sayəsində gündəlik istifadə zamanı daha sakit və rahat bir təcrübə təqdim edir.
Həmçinin, qranit çanaqlar müxtəlif rəng və teksturalarda təqdim olunur ki, bu da istənilən interyerə uyğunlaşmanı təmin edir. Qara, boz, bej və ağ tonlardakı qranit çanaqlar həm klassik, həm də modern mətbəxlərə asanlıqla uyğunlaşdırıla bilər.
Qranit Çanaqlar Necə Təmizlənməlidir?
Qranit çanağın görünüşünü və istifadədə rahatlığını qorumaq üçün düzgün təmizləmə vacibdir.
Gündəlik təmizlik üçün ilıq su və yumşaq sabunla isladılmış süngər kifayət edir.
Kimyəvi tərkibi sərt olan təmizləyicilərdən istifadə etmək olmaz, çünki bu maddələr çanağın səthinə zərər verə bilər.
Duz, limon və sirkə kimi aşındırıcı məhsullar da qranit materialı zədələyə və iz qoya bilər — onlardan da çəkinmək lazımdır.
Əgər kran dibi və künclərdə pas və ya kif görsəniz, az miqdarda diş pastası çəkərək həmin hissəni yumşaq bezlə silmək effektiv nəticə verir.
Təmizlikdən sonra çanağı quru bezlə silmək su ləkələrinin qarşısını alır və parıltını saxlayır.
Həftədə bir dəfə qranit üçün xüsusi qoruyucu sprey istifadə etmək tövsiyə olunur. Bu, səthi qoruyur və çanağın uzunömürlü olmasına kömək edir.
Mətbəx çanağı 86 sm / Metbex moykasi / Кухонная мойка








Reviews
There are no reviews yet.