Məhsullar

Home Məhsullar Markalar Franke Çanaqlar Qranit çanaqlar FRANKE Mətbəx çanağı 114.0330.958

FRANKE
Mətbəx çanağı 114.0330.958

820

MƏHSUL MƏLUMATI

Kompozit – qranit çanaq
Rəng: krem
Zərbəyə davamlı səth
Yüksək temperatur və ani temperatur dəyişikliyinə dözümlü
Bakteriyaların yaranmasına qarşı asan təmizlənə bilən səth
Quraşdırma növü: dəzgahaüstü
Məhsulun ölçüsü : 620×500

Paylaş

Description

Mətbəx çanağı 62 sm / Metbex moykasi / Кухонная мойка

Qranit Çanaqların Üstünlükləri

Xüsusilə qranit materialdan hazırlanan çanaqlar estetik cəhətdən cəlbedici olmaqla yanaşı, uzunmüddətli dayanıqlılığı ilə də seçilir. Quraşdırılması sadə olan bu modellər, sızmaya qarşı effektiv qorunma sistemi ilə təchiz olunur

Qranit mətbəx çanaqları təbii daş əsaslı olduğu üçün cızılmalara, zərbələrə və yüksək tempratur dəyişikliyinə qarşı yüksək müqavimət göstərir. Bu çanaqlar ləkə və su izlərinə qarşı da davamlıdır. Səthinin antibakterial və səsi udan strukturu sayəsində gündəlik istifadə zamanı daha sakit və rahat bir təcrübə təqdim edir.

Həmçinin, qranit çanaqlar müxtəlif rəng və teksturalarda təqdim olunur ki, bu da istənilən interyerə uyğunlaşmanı təmin edir. Qara, boz, bej və ağ tonlardakı qranit çanaqlar həm klassik, həm də modern mətbəxlərə asanlıqla uyğunlaşdırıla bilər.

Qranit Çanaqlar Necə Təmizlənməlidir?

Qranit çanağın görünüşünü və istifadədə rahatlığını qorumaq üçün düzgün təmizləmə vacibdir.

Gündəlik təmizlik üçün ilıq su və yumşaq sabunla isladılmış süngər kifayət edir.
Kimyəvi tərkibi sərt olan təmizləyicilərdən istifadə etmək olmaz, çünki bu maddələr çanağın səthinə zərər verə bilər.
Duz, limon və sirkə kimi aşındırıcı məhsullar da qranit materialı zədələyə və iz qoya bilər — onlardan da çəkinmək lazımdır.

Əgər kran dibi və künclərdə pas və ya kif görsəniz, az miqdarda diş pastası çəkərək həmin hissəni yumşaq bezlə silmək effektiv nəticə verir.
Təmizlikdən sonra çanağı quru bezlə silmək su ləkələrinin qarşısını alır və parıltını saxlayır.

Həftədə bir dəfə qranit üçün xüsusi qoruyucu sprey istifadə etmək tövsiyə olunur. Bu, səthi qoruyur və çanağın uzunömürlü olmasına kömək edir.

Mətbəx çanağı 62 sm / Metbex moykasi / Кухонная мойка

Ekobom Group

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

ekobom