Description
MƏTBƏX ÇANAĞI NƏDİR?
Çanaq mətbəxin vacib elementlərindən biri olaraq, gündəlik həyatımızda bir çox işləri asanlaşdıran funksional bir mətbəx vasitəsidir. Əsasən qabların yuyulması, tərəvəz və meyvələrin təmizlənməsi, suyun təminatı və mətbəxdəki digər su ilə bağlı işlər üçün istifadə olunur. Çanaqlar müxtəlif materiallardan, o cümlədən paslanmayan polad, keramika, kompozit materiallar və təbii daşlardan hazırlana bilər. Hər materialın özünəməxsus üstünlükləri və estetikası var; məsələn, paslanmayan polad çanaqlar davamlılığı və təmizlənməsinin asan olması ilə seçilir, keramika çanaqlar isə klassik və estetik görünüşü ilə fərqlənir.
PASLANMAYAN POLAD ÇANAQLARIN İSTİFADƏ QAYDASI
Çanaqlarda yaranan cızıqlar polad və yaxud kobud süngərdən istifadə olunduğu üçün əmələ gəlir. Təmiz bir parça və yaxud neytral yuyucu vasitədən istifadə edərək çanağı təmizləyin. Çanaqda su artıqlarının uzun müddət saxlanması mineral çöküntülərə səbəb olur. Bu vəziyyətdə çöküntünü aradan qaldırmaq üçün sirkə məhlulundan istifadə edib, durulaya bilərsiniz. Mətbəxi istifadəyə hazır edərkən çanaqın səthində bolt, lehim qırıntıları, beton və ləkələr varsa, mümkün qədər tez təmizlənməsə çanaqın üzərində küf və pas əmələ gələ bilər. Çuqun və sinkdən hazırlanmış boruda yığılmış hədsiz paslı su qalıqları da pasın yaranmasına səbəbdir.
Çanağın üzərinə qoyulmuş mətbəx bıçağı, şüşə açan, dəmir qapaq və s. kimi poladdan düzəlmiş alətlər də pas ləkələrinin yaranmasına təsir göstərir. Tərkibində turşu və qələvi olan bəzi kimyasal yuyucu vasitələr, qida suyu, çürük meyvə və tərəvəzlər kimi qidalar çanaqda aşınma yaranmasına güclü təsir edə bilər. Mətbəxin havalandırması kifayət deyilsə, boru ilə paylanan aşındırıcı qazlar dəmirləoksidləşərək reaksiya verir. Bu isə çanağın paslanmasına səbəb olur.
ÇANAĞI NECƏ DÜZGÜN QULLUQ ETMƏK OLAR ?
Hər gün yumşaq bir sabun və təmiz su ilə yaxalayıb, qurulayın.
Əlavə təmizlik üçün yumşaq parça ilə dairəvi şəkildə təmizləyin.
Çanaqda qalan suyu təmizləyin. Çünki su mineral çöküntülərin yaranmasına səbəb olur.
Kimyəvi maddə tərkibli təmizləyici vasitələrdən istifadə etdikdən sonra çanağı yuyun və qurudun.
Zamanla yığılan mineral çöküntüləri (ərplər) sirkə və ya yumşaq məhlulla təmizləyin ardından su ilə hər tərəfli yuyun.
Çanaqda pas və ya kif görünərsə, diş pastasını pas və kif görünən yerə yayın daha sonra dəsmal istifadə edərək təmizləyin.
Yemək, içki qalıqlarının və metal konservləşdirilmiş məhsulların çanağın səthində qalmağına icazə verməyin.
Çanağın səthini zədələdiyi və rəng dəyişikliyinə səbəb olduğu üçün polad qab süngərindən istifadə etmək olmaz.
İsti tavaları və diğər mətbəx əşyalarını çanaqa birbaşa qoymayın.
Tərkibində kükürd və xlorid turşusu olan məhlullardan istifadə etməyin. Çünki gümüş təmizləyicilər çanağın səthinə zərər verəcək turşuları da ehtiva edir.
Reviews
There are no reviews yet.